Mağazada məhsulları yaladı, TERRORÇU KİMİ HƏBS EDİLDİ

Baxış sayı:
1660

ABŞ-ın Missuri ştatının Warrenton şəhərində supermarketdə məhsulları yalayan şəxs terror təhdidi ilə ittiham edilib.

Bu barədə "Riverfront Times" xəbər verir.

Bildirilir ki, 26 yaşlı Codi Pfister etdiyi hərəkətin videosunu sosial şəbəkələrdə yayımlayıb. O, "Walmart" mağazasının rəflərindəki məhsulları yalayaraq deyib: "Koronavirusdan kim qorxur?"

Video istifadəçilər arasında böyük qəzəbə səbəb olub və yerli polis cinayətkarı işarə etdikləri üçün onlara təşəkkür edib.

Məlum olub ki, video martın 11-də epidemiya yayılan zamanda çəkilib. Saxlanılan şəxs həbsdədir, əvvəllər oğurluq, odlu silah oğurlamaq, narkotik saxlamaq və sərxoş vəziyyətdə avtomobil idarə etməkdə təqsirli bilinərək məhkum olunub.

Martın 25-də ABŞ hakimiyyət orqanlarının təhdidləri və bilərəkdən koronavirusu yoluxdurma cəhdlərini terrorizmlə bərabərləşdirəcəyi məlum olub. Martın 23-də isə Amerika ekstremistləri internet vasitəsilə yəhudilərə və polisə koronavirusa yoluxma ilə bağlı çağırışlar etməyə başlayıb.

Son məlumatlara görə, ölkədə 55231 yoluxma hadisəsi qeydə alınıb; 801 nəfər ölüb, 354 nəfər sağalıb. Ümumilikdə dünyada 423 mindən çox insan koronavirus infeksiyasına yoluxub, 18,9 mindən çox insan həlak olub, 108,6 min nəfər sağalıb. Yeni növ COVID-19 ilk dəfə 2019-cu il dekabrın sonlarında Çinin Uhan şəhərində qeydə alınıb./Virtualaz.org