Mafiya lideri və sevgilisi yaxalandı

Baxış sayı:
8131

Türk polisinin keçirdiyi əməliyyatla İstanbulda yaxalanan "Mityo Othice" ləqəbli Bulqar mafiyasının atası Dimitar Zhelyazkovun sevgilisi və 5 adamı Bolqarıstana təhvil verilib.
 
Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin İdarəsinin əməkdaşları, İlina S.T ilə birlikdə 6 nəfəri Kapıkulə Sərhəd Məntəqəsində qar maskalı Bolqar xüsusi təyinatlı dəstəsinə təslim edib.
DHA-nın xəbərinə görə, həbs olunan və Metris həbsxanasına göndərilən Zhelyazkovun ekstradisiya prosesinin davam etdiyi bildirilib.
Qeyd edək ki, Bolqarıstanın ən böyük mafiya lideri olduğu bildirilən və İnterpol tərəfindən qırmızı bülletenlə axtarılan Dimitar Zhelyazkovun İstanbulda sevgilisi və 6 adamıyla birlikdə yaxalanması ilə bağlı təfərrüatlar ortaya çıxmışdı.
Müxalifət.az