Mafioz “Qara Qafur” hər şeyi korladı...

Baxış sayı:
9319

Beynəlxalq Olimpiya Komitəsinin İcaiyyə Komitəsi Beynəlxalq Həvəskar Boks Assosiasiyasını (AİBA) Yaponiyada keçiriləcək Olimpiya oyunlarında iştirakdan kənarlaşdırıb.

Bunun səbəb AİBA-nın eks-prezidenti olmuş Qafur Rəhimovun (cinayətkar aləmdə “Qara Qafur” ləqəbi ilə tanınır) “Qardaşlıq çevrəsi” cinayətkar sindikatı ilə əlaqələridir.

Habelə İcraiyyə Komitəsi AİBA-nı maliyyə maxinasiyalarında, ədalətsiz hakimlikdə və digər pozuntularda da ittiham edib.

“Qara Qafur” bu günlərdə AİBA prezidenti postundan istefa verib. Assosiasiya yeni rəhbərini iki gün ərzində seçməlidir.

Özbək əsilli mafioz Qafur Rəhimov 2018-ci ilin yanvarında AİBA prezidenti olub. Həmin vaxta qədər o, Assosiasiyanın vitse-prezidenti idi. AİBA prezidenti Franko Falçelininin qəfl istefasından sonra “Qara Qafur” AİBA prezidenti seçilib və həmin vaxtdan Beynəlxalq Olimpiya Komitəsi bu boks təşkilatını təqib edirdi. Komitə bildirirdi ki, “Qara Qafur” istefa verməsə AİBA Yaponiyada keçiriləcək Olimpiya Oyunlarına buraxılmayacaq.

“Qara Qafur”un adı ABŞ Xəzinədarlıq Departamentinin keçmiş sovet respublikalarından olan bir qrup “vor zakon”a qarşı tətbiq etdiyi sanksiya siyahısında yer alırdı.  Həmin sənəddə deyilirdi ki, Rəhimov reketlik və avtomobillərin oğurluğu ilə cinayətkar karyerasına başlayıb, Özbəkistanın ən aparıcı cinayətkarlarından birinə və heroin alverinə cəlb olunmuş mühüm adama çevrilib. Qərara əsasən, onun ABŞ yuridikasiyası altına düşən bütün aktivlərinə və bank hesablarına həbs qoyulur.

Həmin sanksiya siyahısına “Şakro Molodoy” ləqəbli Zaxari Kalaşov, “Vasya Voskres” ləqəbli Vasili Xristoforov, “Piçuqa” ləqəbli Yuri Piçuqin və digər “vorlar” da daxil edilmişdi. Qafur Rəhimovun “Ded Xasan” ləqəbli (hazırda sağ deyil) Aslan Usoyan və klanı ilə sıx münasibətlərinin olduğu məlumdur. Onun Dubayda yaşadığı bildirilir./Virtualaz