Maduronun rəqibindən Rusiya və Çinə çağırış

Baxış sayı:
4735

Venesuelada özünü ölkənin müvəqqəti prezidenti elan edən Xuan Guaido, Venesuelanın inkişafı üçün hazırlanan "Ölkə planını" açıqlayıb.
 
 Guaido paytaxt Karakasdakı Venesuela Mərkəzi Universitetində planın təfərrüatlarını bölüşüb.
Planın əsas ünsürlərini, "Yaşadığımız qorxu dövlətini yaxşılaşdırmaq və xalqın xidmətinə təqdim etməkdir. İnvestisiyaları cəlb etmək üçün etibar qazanaraq Venesuelanı yenidən dünyaya inteqrasiya etməkdir" şəklində sıralayan Guaido, xalqın sıxıntı çəkdiyi elektrik və xidmətlərdəki problemlərlə mübarizə ediləcəyini bildirib.
Guaido bu planın mərkəzində xalqın olduğunu deyib
 
 PLANDA "SİLAHLI QÜVVƏLƏR" DİQQƏT ÇƏKDİ
 
 Hazırlanan planın həyata keçirilməsi üçün ən vacib bölmələri, "Fermerlər, silahlı qüvvələr və beynəlxalq ictimaiyyət" olaraq açıqlayan Guaido, Avropa Parlamentinin onu ölkənin müvəqqəti dövlət başçısı kimi tanıdığını xatırladıb.
 
RUSİYA VƏ ÇİNƏ ÇAĞIRIŞ: ANLAŞA BİLƏRİK
 
 Xuan Guaido dövlət başçısı Nikola Maduronu dəstəkləyən Rusiya və Çinə də anlaşma və imkanlar axtarmağa çağırıb.
Humanitar yardımın əsas prioritet olduğuna işarə edən Guaido, ölkə planının yeni olmadığını, illər sürən işin nəticəsində ortaya çıxdığını qeyd edib.
 
XALQI KÜÇƏYƏ ÇAĞIRIB
 
 Guaido xalqı şənbə günü başda Karakas olmaqla, ölkənin müxtəlif yerlərində keçiriləcək mitinqlər üçün küçəyə çıxmağa dəvət edib.
Müxalifət.az