Maduronun diplomatları bu ölkədən qovulur... - 48 SAAT VAXT VERİLDİ

Baxış sayı:
181

Salvador hökuməti Venesuelanın diplomatik korpusunun üzvlərini ölkədən qovur.

“Report” un məlumatına görə, bu barədə ölkə prezidenti Nayyib Bukele özünün “Twitter” səhifəsində məlumat paylaşıb.

Qeyd olunub ki, bu qərara səbəb BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Venesuela ərazisində insan hüquqlarının dəfələrlə pozulması barədə məruzəsi, həmçinin prezident Nayeb Bukelenin Venesuela lideri Nikolas Maduro rejiminin tanınmaması ilə bağlı verdiyi açıqlamalardır.

Diplomatik korpusa ölkəni tərk etmək üçün 48 saat vaxt verilib.