​Maduronu öldürmək istəyənlər arasında general da olub

Baxış sayı:
9490

Venesuelada prezident Nikolas Maduroya sui-qəsdlə əlaqədar iki yüksək rütbəli hərbçi həbs edilib.
Muxalifet.az xəbər verir ki, bu barədə ölkənin Baş prokuroru Tarek Vilyam Saab bildirib.
O qeyd edib ki, avqustun 13-də polkovnik Pedro Zambrano və general Alexandro Peres məhkəməyə gətiriliblər. Hərbçilər barədə başqa təfərrüatlar açıqlanmır. 
Ümumilikdə artıq 14 nəfər, o cümlədən parlament üzvü saxlanılıb. Daha 20 şübhəli isə hələ ki, azadlıqdadır.
Maduroya sui-qəsd avqustun 4-də Karakasdakı çıxışı zamanı həyata keçirilib.