Madurodan yeni həmlə: Ordu hərəkətə keçdi

Baxış sayı:
5158

Venesuela ordusu ABŞ və ətraf ölkələrlə gərginlik yaşanan bir dövrdə 5 gün davam edəcək hərbi manevrə başlayıb.
 
Venesuela ordusu hərbi müdaxilə təhdidlərinin artdığı bir dövrdə 5 gün davam edəcək hərbi təlimlərə, dövlət başçısı Nicolas Maduro da ABŞ liderinə, "Donald Tramp da çölə, təhdidləri də çölə atılmalıdır" deyib.
Hərbi təlimlə bağlı Miranda əyalətində olan Guaicaipuro hərbi bazasında keçirilən hərbi mərasimdə quru və hava birliklərinin başçıları ilə bərabər,  dövlət başçısı Maduro və müdafiə naziri Vladimir Padrino Lopez də iştirak edib.
Burada əsgərlərə səslənən Maduro, Simon Bolivarın söz mövzusu çıxışında müstəqillik mübarizəsinin əsas prinsiplərini müəyyən etdiyinə diqqəti çəkərək, "Silahlı qüvvələr burdadır, 200 ildir gələcəyi üçün döyüşən bir vətənin qürurunu və şərəfini müdafiə edən insanlar burdadır. Donald Tramp da çölə, təhdidləri də çölə atılmalıdır" deyə söyləyib.
ABŞ-ın hərbi müdaxilə təhdidlərinin artdığı bir dövrdə başlayan və 15 fevrala qədər davam edəcək hərbi təlimdə, ordunun əməliyyat hazırlığı və milis gücləri ilə ortaq koordanisiyalı əməliyyatların test edilməsi məqsəd qoyulur.
Müxalifət.az