Madurodan yeni həmlə: 'Erkən seçkiyə gedək'

Baxış sayı:
15391

Venezuelanın dövlət başçısı Nicolas Maduro əksəriyyəti müxaliflərdən təşkil olunan Milli Məclisin yenilənməsi üçün erkən seçki çağırışı edib. Maduro "Son 5 ildir legitimliyi olmayan qanunverici orqanı qanuniləşdirəcəyik. Milli Məclis üçün erkən seçkiyə gedək və kimin xalq dəstəyinə sahib olduğunu görək" deyə söyləyib.
 
Aylardır dərin siyasi böhran yaşayan Venezuelada iqtidardakı Venesuela Birləşmiş Sosialist Partiyasının (PSUV) üzvləri Maduronun 68 faizlə qalib gəldiyi seçkilərin birinci ildönümü münasibətilə təşkil edilən mitinqdə görüşüb. Karakasdakı Prezident Sarayı qarşısında reallaşdırılan mitinqdə danışan Maduro, ölkədəki böhranın ana nöqtəsini meydana gətirən müxalif Məclisin yenilənməsi üçün seçkilərə getməyi təklif edib.
Maduro, "Son 5 ildir legitimliyi ollmayan qanunverici orqanı qanuniləşdirəcəyik. Milli Məclis üçün erkən seçkiyə gedək və kimin xalq dəstəyinə sahib olduğunu görək. Baxaq, kimin xalqda qarşılığı var, baxaq kim qazanacaq" deyə söyləyib.
Venesuela müxalifəti ilə Norveçin paytaxtı Osloda keçirilən görüşmələrə də toxunan Maduro, görüşmələrin Norveç hökuməti sayəsində reallaşdırıldığını və müsbət keçdiyini söyləyib.
Qeyd edək ki, İspaniya mərkəzli internet xəbər saytı “Alnavio” böhranın əvvəlindən bu yana aralarında hər hansı bir təmas olmayan hökumət və müxalifət nümayəndələrinin Norveçin vasitəçiliyi ilə bu ölkənin paytaxtı Osloya getdiyini qeyd etmişdi.
Müxalifət.az