Madurodan yeni çevriliş açıqlaması: "Çevrilişdə İsrail də iştirak edib"

Baxış sayı:
2344

Venesuelanın dövlət başçısı Nikolas Maduro ölkəsində önlənən son çevriliş cəhdinin arxasındakı qrupun tutulduğunu söyləyib.
 
Nicolas Maduro paytaxt KaraKasdakı dövlət başçısı sarayı Mirafloresdə təşkil edilən bir tədbirdə etdiyi çıxışında, 23 - 24 iyun üçün planlanan və təhlükəsizlik qurumlarının əngəllədiyi çevriliş cəhdinə münasibət bildirib.
"Venesuela xalqına və demokratiyasına zərbə vurmağa çalışan terrorçu bir qrupu ortaya çıxardıq və tutduq. 14 ay davam edən bir təqibdən sonra bu günahkarlar tutulub, həbsə atıldılar" deyən Maduro, çevrilişçilərin ABŞ və Kolumbiya tərəfindən maliyyələşdirildiyini ifadə edib.
Çevrilişçilərin içində İsraillilərin də olduğuna diqqəti çəkən Maduro, çevrilişçilərin onun özünə yönəlik sui-qəsd planları ilə yanaşı, ölkənin telefon və internet infrastrukturuna da bombalı hücum aksiyaları planlaşdırdıqlarını söyləyib.
Maduro çevrilişçiləri faşist bir qrup olaraq xarakterizə edərək bunları söyləyib:
"Ortalığı qan gölünə çevirərək iqtidara gəlməyə çalışan qatillərdir. Siyasət budurmu? Onlara müxalif deyə bilmərəm, çünki öldürmək, qətl etmək, ətrafı bombalamaq istəyən ancaq qatil, faşist və terrorçu olaraq adlandırılar".
 
“ÇEVRİLİŞ CƏHDİ OLSA HÖKUMƏT RADİKALLAŞAR”
 
Maduro yeni bir çevriliş cəhdinə qarşı hücumla cavab verəcəklərini ifadə edərək "Bir xəbərdarlıq, və ya təhdid hesab etməyin, amma bir çevriliş cəhdi olsa, oliqarxların və ölkənin bütün faşist seqmentlərinin imtiyazları ilə birlikdə sona çatacağı daha dərin və daha radikal bir inqilab gəlir. Faşist bir çevriliş cəhdinə mərhəmətsiz bir inqilabçılıqla cavab verərik və xalq dediyin də belə olmalıdır" deyib.
Müxalifət.az