Madurodan “Wikileaks” açıqlaması: “ABŞ-a təhvil verilsə, öldürüləcək”

Baxış sayı:
3589

 Venesuelanın prezidenti Nikolas Maduro Wikileaksın qurucusu Culian Assanj-ın ABŞ-a ekstradisiya edildiyi təqdirdə öldürüləcəyini deyib.
 
Nikolas Maduro Assanj-a yönəldilən cinayətlərin aydın olmadığını bildirərək ABŞ-ın tələbi ilə Vaşinqtona ekstradisiya edildiyi təqdirdə həyatının təhlükəyə girəcəyini bildirib.
İngilis polisinin Assanj-a qarşı apardığı əməliyyatı da biabırçılıq kimi dəyərləndirən Maduro, “İngilis məhkəməsi Assanj-ı ABŞ-a təslim etsə, beynəlxalq hüquqa və insan haqlarına hörmətsizlik edəcək. Bununla da onun həyatını risk altına salır" deyib.
Venesuela Xarici İşlər Nazirliyindən edilən açıqlamada, Ekvador hökumətinin Səfirlik Xüsusi Varlıq Protokolunu pozduğu iddia edilərək, "Beynəlxalq hüquq üçün utanc verici bir vəziyyətdir" deyə bildirilib.
ABŞ hökumətinin başda Əfqanıstan və İraqdakı əməliyyatlarına dair yaydığı sənədlər səbəbi ilə uzun müddətdir Wikileaks qurucusu Culian Assanjın izində olduğu bilinir.
Müxalifət.az