Madurodan Trampa “faşist” bənzətməsi

Baxış sayı:
14038

Venesuelanın prezidenti Nikolas Maduro paytaxt Karakasda keçirilən tədbirdəki çıxışında, Venesuela və sosializmi hədəf alan Trampa cavab verib.
 
 ABŞ prezidentinin, "Sosializm Venesuelanı tamamilə xarabalığa çevirdi" şəklindəki sözlərini xatırladan Maduro, "Tramp Mayamidə sosializmi mühakimə edən köhnə ritorikayla ideologiyaları qadağan etmək və Ağ Evin irqçi düşüncəsini zorla qəbul etdirmək üçün az qala faşist üslubunda çıxış edib" deyib.
Müxalifəti dəstəkləməsi üçün ordunu təhdid edən Trampa təpki göstərən Maduro, "Silahlı qüvvələrin komandanı kimdir, Mayamidən Donald Trampdır? Ölkənin (Venesuela) sahibi olduqlarını güman edirlər" deyə söyləyb.
 
"TRAMPIN VENESUELADA SEVDİYİ ŞEY NƏDİR”?
 
 ABŞ prezidentinin Venesuela bağlı hədəfini də mühakimə edən Maduro, “Trampın Venesuelada sevdiyi şey nədir? Neft, qızıl, almaz? Ən pisi isə kukla kimi xidmət edən Venesuelalılardır. Humanitar yardım bir şoudur. Bizim 30 milyard dollarımızı oğurlayıb, 20 milyon dollarlıq çürümüş ərzaq təklif edirlər" deyib.
 Maduro Rusiyanın 300 ton yardım göndərəcəyini, həmçinin BMT üzərindən dəstək təklif edən ölkələr də olduğunu sözlərinə əlavə edib.
Müxalifət.az