Madurodan sürpriz açıqlama: “ABŞ ilə gizli görüşdük”

Baxış sayı:
8794

Venesuelanın prezidenti Nikolas Maduro Associated Pressə (AP) verdiyi müsahibədə, hökumətinin ABŞ prezidenti Donald Tramp rəhbərliyi ilə gizli danışıqları olduğunu və onu istefaya məcbur etmək üçün qlobal miqyasda aparılan misli görünməmiş bir kampaniyadan salamat çıxacağını nəzərdə tutduğunu bildirib.
 
 Nyu-Yorkda baş tutan danışıqlar zamanı Venesuelanın xarici işlər naziri Arreazanın ABŞ-ın Venesuela üzrə xüsusi nümayəndəsi Elliott Abramsı "xüsusi olaraq, aşkar, ya da gizli şəkildə" ölkəyə dəvət etdiyini dilə gətirən Maduro, sözügedən görüşlərin hər birinin bir neçə saat davam etdiyini qeyd edib.
Maduro ABŞ-ın ölkədə özünü "müvəqqəti prezident" elan edən müxalif lider Xuan Guaidonu tanıma qərarı alması ilə böhranı həll etmək üçün ABŞ prezidenti ilə ən qısa müddətdə görüşə ümid etdiyini dilə gətirib.
Vaşinqtonda adı açıqlanmayan bir hakimiyyət rəsmisi Amerikalı rəsmilərin Maduronun da aralarında olduğu Venesuelalı şəxslərlə "hökumətin vəzifəsi təhvil verməsilə bağlı" müzakirə etmək üçün görüşməyə razı olduğunu bildirib.
Adı açıqlanmayan Venesuelalı iki səlahiyyətli də Arreaza ilə Abrams arasında iki görüşün ABŞ-ın tələbi ilə gerçəkləşdiyini deyib.
Rəsmi şəxslər "düşmənçilik" kimi dəyərləndirdikləri ilk görüşün 26 yanvarda, daha az gərgin bir atmosferdə keçirilən ikinci görüşün isə 11 fevralda keçirildiyini qeyd edib.
 Müxalifət.az