Madurodan sərt çıxış! “Guaido hesab verəcək”

Baxış sayı:
3784

 Venesuelanın dövlət başçısı Maduro özünü saxta prezident elan edən Guaidonun gec-tez məhkəmə qarşısında hesab verəcəyini deyib.
 
Venesuelanın prezidenti Nikolas Maduro Livanda yayımlanan Əl Mayadeen kanalına verdiyi müsahibədə, Xuan Guaidonun ölkəni parçalamağa və ABŞ prezidenti Donald Trampı Venesuelaya müdaxilə etməsi üçün inandırmağa çalışdığını bildirib.
Ehtimal olunan bir müdaxilə ilə bağlı ABŞ-a xəbərdarlıq edən Maduro, "Əgər Amerika imperatorluğu bölgəmizdəki bir palma ağacına belə toxunmağa cəsarət edərsə, bu yeni bir Vyetnama çevrilir" deyib.
 
Tez, ya da gec məhkəmələrdə hesab vermək məcburiyyətində qalacaq
 
Özünü müvəqqəti prezident elan edən Guaidoya da məhkəmə xəbərdarlığı edən Maduro, “Siyasətin bir oyun olduğuna, konstitusiya və qanunları poza biləcəyinə inanan bu adam, tez ya da gec məhkəmələrdə hesab vermək məcburiyyətində qalacaq” deyib.
Müxalifət.az