Madurodan orduya təlimat! Hərəkətə keçin

Baxış sayı:
1627

Venezuelanın dövlət başçısı Nicolas Maduro "Müstəqillik Elanı"nın 208-çi ildönümü və Bolivarcı Milli Silahlı Qüvvələr günü münasibəti ilə təşkil edilən
 mərasimdə çıxış edərək "Kimsə Venesuelanı səhv salmasın. Venesuelanı müdafiə etmək üçün xalqımız da var, ordumuz da var. Birliyimiz var. Venesuela sarsılmaz bir şəkildə müstəqil və suverendir. Dünyadakı imperialistlər bunu belə bilsin" deyə bəyan edib.
 
MÜXALİFƏTƏ DİALOQ ÇAĞIRIŞI
 
Venesuelanın daxili problemlərinin həllinin sülhlə mümkün olduğunu vurğulayan Maduro, yenə ölkədəki bütün siyasi, mədəni, iqtisadi və ictimai aktyorlara milli dialoq çağırışı edib.
Maduro "Əlimi barış və inkişaf üçün uzadıram. Hamımız bu comərd Venesuelada birlikdə yaşaya bilərik. Yetər artıq, bu çevriliş cəhdlərinə, pisliklərə, Venesuelanı qeyri sabit vəziyyətə gətirmə və zərər vermə planlarına, hərbi müdaxilə, işğal, iqtisadi sanksiyalar, embarqo və zorakılıq çağırışlarına artıq bir son verin" deyib.
Gələn həftə milli dialoq mövzusunda gözəl xəbərlər alınacağını söyləyən Maduro, Venesuela müxalifəti ilə daimi bir dialoq masası yaradılmasını istədiklərini və bunu da bacaracaqlarını vurğulayıb.
 
ORDU SƏRHƏDDƏ VƏ DƏNİZDƏ TƏLİMLƏRƏ BAŞLAYACAQ
 
Maduro Venesuela ordusuna hər vəziyyətə hazırlıqlı olmalarını deyib.
Müdafiə naziri Vladimir Padrino Lopezə və digər hərbi səlahiyyətlilərə yeni hərbi təlim keçirilməsi ilə bağlı təlimatları verdiyini qeyd edən Maduro, ''24 iyulda Karib dənizində və Venesuelanın quru sərhədlərində ediləcək hərbi təlimlər üçün hazırlıqlara başlayın'' deyib.
Müxalifət.az