Madurodan ABŞ təhlükəsinə qarşı dünyaya çağırış

Baxış sayı:
4186

Venesuelanın prezidenti Nikolas Maduro ABŞ prezidenti Donald Trampın bu gün yenə ölkəsini hərbi müdaxiləylə təhdid etdiyini bildirərək, "Bütün dünyanın buna qarşı birləşməsini istəyirəm" deyib.
 
Trampın  ona verilən "Venesuelaya hərbi müdaxilənin ehtimal daxilində olub olmadığı" suala, "Bir çox həll təklifi var. Bütün variantları qiymətləndiririk" şəklində cavab verdiyini bildirən Maduro, "Bu gün ABŞ prezidenti Venesuelanı yenə hərbi müdaxiləylə təhdid edib. Bütün dünyanın buna qarşı birləşməsini istəyirəm" deyib.
 
“Biz kimsənin köləsi deyilik"
 
 ABŞ-ın "Venesuelaya nəzarət etmək cəhdi" qarşısında xalqın tarixi bir qəhrəmanlıqla müqavimət göstərdiyini dilə gətirən Maduro, nə olursa olsun, Venesuelaya hörmət göstərilməsini təmin edəcəklərini söyləyib.
Maduro, "Biz kimsənin köləsi, dilənçisi, xidmətçisi deyilik. Biz azad qadın və kişilərik. İçimizdə gəzdirdiyimiz bu ləyaqət bizim ən böyük istəyimiz və hissimizdir" deyib.
Müxalifət.az