Madurodan ABŞ-a şok ittihamlar

Baxış sayı:
5122

Venesuelanın dövlət başçısı Nikolas Maduro paytaxt Karakasdakı prezident sarayı Mirafloresdə keçirilən mətbuat konfransında, ölkəsindəki siyasi böhrana, ABŞ və region ölkələrinin hərbi təhdidlərinə, humanitar böhran iddialarına və iqtisadi sanksiyalara dair açıqlamalar verib.
 
 ABŞ və bəzi region ölkələrinin Venesuelaya qarşı hərbi təhdidlərinin ölkəsinin neft, mədən və digər sərvətlərinə nəzarət etmək istəyindən irəli gəldiyini bildirən Maduro, bunları qeyd edib: "Əgər Venesuela kartof, ya da banan istehsal etsəydi, imperialist qasırğanın içində olmazdı. Bunu qəbul edək ki, bir ABŞ imperiyası var və gözlərini Venesuela xalqının sərvətlərinə dikib. Bizi arxa bağçası olaraq görür və bizim sərvətlərimizi istəyir. Venesuelada güc sahibi olmaq üçün də bütün bu təzyiqi yaradır. Bu üzdən onlar seçki deyil, çevriliş istəyirlər".
 
PARALEL HÖKUMƏT
 
 Maduro Venesuelanın içindən keçdiyi prosesdə “Demokratiya, xalqın azadlığı, suverenlik, ərazi bütövlüyü və sülhün təhdid altında" olduğunu vurğulayıb. Özünü müvəqqəti prezident elan edən Milli Məclisin sədri Xuan Guaido və ətrafındakı müxalifləri tənqid edən Maduro, "Konstitusiyanın heç bir yerində yazılmayan paralel və virtual bir hökumət özünü demokratiyanın üzərinə qoyur" deyib.
 
BARIŞ TRAMP TƏHDİDİ ALTINDA
 
 Venesuelanın prezident Maduro belə davam edib: “Venesuelanın milli suverenliyinə humanitar yardım adı altında zəif göstərilərək hücum etmək istəyirlər. Sülh Venesuelanı hərbi işğalla təhdid edən ABŞ prezidenti Donald Trampın təhdidləri altındadır. Dünyanın ən böyük və ən aqressiv hərbi gücünün başındakı Trampın Venesuela üçün hərbi variant tətbiq etməkdən danışması çox təhlükəlidir".
Müxalifət.az