Maduro xalqa səsləndi: “Tramp dialoq prosesini baltalamaq istəyir”'

Baxış sayı:
14755

Venesuelada ABŞ və bölgə ölkələrinin hərbi və siyasi müdaxiləsi qarşısında təşkil edilən "Hands Off Venezuela" (Venesueladan əllərini çək) imza kampaniyasına ölkənin bütün şəhərlərindəki Bolivar meydanlarında iştirak davam edir.
 
Paytaxt Karacksın tarixi mərkəzindəki Bolivar Meydanında başladılan imza kampaniyasına dövlət başçısı Maduro həyat yoldaşı Cilia Flores ilə qatılıb.
Maduro burada etdiyi çıxışında, "Barış üçün, Venesuelanın müqəddəs suverenliyi və Venesuelanın öz müqəddəratını təyin etmə haqqını müdafiə üçün imzaladıq. Venesuelaya hörmət göstərin" deyib. Venesuelanın gələcəyini təyin edəcək günlərdən keçdiklərini vurğulayan Maduro, ölkəsində sınanan çevriliş cəhdinin uğursuzluğa düçar olduğunu bildirib.

ABŞ rəhbərliyinin Venesuelanı "demokratiya və azadlıq" adına hədəf aldığını dilə gətirən Maduro, bunları söyləyib: "Bu heç də elə deyil. Venesuelada dövlət başçılığının qəsb edilməsi, İraqdakı kütləvi qırğın silahları qədər yalandır. Bəlkə bizim ideologiyamız, ya da yanaşmamız sizin xoşunuza gəlməyə bilər, amma biz varıq və milyonlarcayıq. Bu sözləri milyonlarla Venesuelalının imzasıyla birlikdə ABŞ xalqına yönəldirəm. ABŞ prezidenti Donald Tramp Uruqvay və Meksika tərəfindən Venesuelada barış üçün bir həll tapılması məqsədilə başladılan yaxşı niyyətli dialoq cəhdlərini baltalamaq istəyir".
Müxalifətə də səslənən Maduro, Venesuelanın yaxşılığı üçün müzakirə etməyin lazım olduğunu, bunu rədd etmənin "gücdən istifadəni bir metod olaraq görmək" mənasını verdiyini vurğulayıb.
Müxalifət.az