Maduro Trampla təkbətək görüşmək istəyir

Venesuela prezidenti Nikolas Maduro ölkənin XİN rəhbərinə amerikalı həmkarı Donald Trampla  təkbətək görüşün təşkil edilməsinə dair göstəriş verib.
 
“RİA Novosti”nin verdiyi xəbərə görə, Maduro çıxışında ABŞ-la münasibətləri normallaşdırmaq və danışıqlar yolu ilə bu ölkə ilə normal və açıq siyasi münasibətlər qurmaq niyyətində olduğunu bir daha bəyan edib.
 Qeyd edək ki, ABŞ avqustun 9-da Venesuelaya qarşı sanksiyaları genişləndirib.