​Maduro Trampa təşəkkür etdi: "Mənim üçün qürurdur"

Venesuela prezidenti Nikolas Maduro ABŞ prezidenti Donald Trampa onu "məşhur" etdiyi üçün təşəkkür edib.
Nikolas Maduro mətbuata açıqlamasında bildirib ki, avqust ayından etibarən Venesuelaya qarşı yeni sanksiyalar tətbiq edən Donald Tramp Venesuela müxalifətinin başçısı "vəzifəsini" yerinə yetririr.
O həm də, həmkarı Trampa onu "məşhur" etdiyi üçün təşəkkür edib:
"Elə bir gün yoxdur ki, Tramp mənim adımı hallandırmasın. Bu mənim üçün qürurdur ki, bir imperiyanın başçısı mənim adımı daim xatırladır. Bu o deməkdir ki, mən həqiqətən də düzgün iş görürəm”.
Son olaraq Maduro onu da qeyd edib ki, müxalifətlə danışıqların başladılması üçün 95% razılıq əldə olunub. Növbəti həftə tərəflər arasında dioloqların başlanması gözlənilir.