​Maduro Rusiyaya səfər etmək niyyətindədir

Venesuela prezidenti Nikolas Maduro yaxın zamanda Rusiyaya səfər etmək niyyətində olduğunu bildirib. 
“RİA Novosti”nin verdiyi xəbərə görə, Maduro bu barədə Karakasda keçirdiyi mətbuat konfransında bildirib.
“Mən tezliklə Rusiyaya səfər etməyi planlaşdırıram. Biz ikitərəfli münasibətləri möhkəmləndirəcəyik”, - deyə Maduro bildirib.
Onun sözlərinə görə, Venesuela və Rusiya arasında yaxın və etibarlı əlaqələr mövcuddur.
“Putin sülhün bərqərar olmasına çalışan əsas dünya liderlərindən biridir”, - deyə Maduro qeyd edib.