Maduro rəqibini sıxışdırdı: Vəzifədən çıxarıla bilər!

Baxış sayı:
1963

Venesuelada müxalif lider Xuan Guaidonun bəzi milli və beynəlxalq qurumlardan əsassız pul aldığı iddiası ilə istintaq başlayıb.
 
Venesuela hökumət rəsmilərindən edilən açıqlamada, Guaidonun gəliri haqqında istintaq başlanıldığı bildirilib.
 
HEÇ BİR ƏSAS GÖSTƏRİLMƏDƏN GUAIDOYA PUL AXMIŞ
 
Açıqlamada həmçinin, çoxu Qərb ölkələrindən müvəqqəti prezident kimi tanınan Milli Məclis sədri Guaidonun "beynəlxalq və milli qurumlardan hər hansı bir əsas göstərmədən pul aldığı" iddia edilib.
Hökumət rəsmisi Elvis Amoroso deputatların konstitusiyaya görə, fəaliyyətləri zamanı xüsusi və ya başqa bir dövlət vəzifəsi daşıdığı üçün pul almasının qadağan edildiyinə diqqəti çəkərək, Guaidonun mal varlığı bəyannaməsində bəzi saxta faktlar olduğunu deyib.
 
GUAİDO DÖVLƏT VƏZİFƏSİNDƏN MƏHRUM EDİLƏ BİLƏR
 
İstintaq nəticəsində Guaido günahkar olaraq tanınsa, pul, ya da dövlət vəzifəsindən məhrum olma cəzası ala bilər. Belə bir vəziyyətdə xalq deputatlığı və məclis sədrliyindən məhrum edilə bilər.
Həmçinin Guadio haqqında cinayət işinin açıla biləcəyi də bildirilir.
Müxalifət.az