​Maduro-Putin anlaşması: ABŞ narahatdır

Baxış sayı:
262

2019-cu ilin mayında Venesuela Prezidenti Nikolas Maduro Rusiyayla 209 milyon dollar dəyərində müdafiə müqaviləsini bağlayıb.
Muxalifet.az xəbər verir ki, bu haqda ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Con Bolton Tvitter hesabında bildirib.
“Maduro Venesuelanın resursları ilə bağlı son dərəcə effektsiz göstəriş verir. O, mayda - yüz minlərlə venesuelanın aclıq çəkdiyi bir vaxtda daimi dəstək almaq üçün Rusiyayla 209 milyon dollarlıq müdafiə müqaviləsini bağladı”, - Bolton qeyd edib.
Daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, üçüncü ölkələr Moskva və Karakasın münasibətlərindən narahat olmamalıdır.
Qeyd edək ki, Venesuelada vəziyyət yanvarın 23-də parlamentin spikeri Xuan Quaydonun özünü müvəqqəti prezident elan etməsindən sonra kəskinləşib. ABŞ, Avropa İttifaqı və Latın Amerikası ölkələrinin əksəriyyəti onu qanuni dövlət başçısı kimi tanıyıblar. Rusiya, Türkiyə, İran və bir sıra başqa dövlətlər Maduroya dəstəyini elan ediblər.