Maduro onu görüncə belə salam verdi: 'Salamünaleyküm'

Baxış sayı:
8626

Türkiyə prezidentinin köməkçisi Fuat Oktay Venesuelanın prezidenti Nicolas Maduronun andiçmə mərasiminə qatılıb. Mərasim Venesuelanın Ali Məhkəməsində təşkil edilib.
 
Maduro həyat yoldaşı Cilia Flores ilə birlikdə mərasim salonuna daxil olub. Maduro mərasim salonuna alqışlarla girib və yüksək məhkəmə üzvləri və Türkiyə prezidentinin köməkçisi Fuat Oktayın əllərini sıxaraq salamlaşıb. Nicolas Maduro daha sonra salonda yüksək məhkəmə üzvlərinə və vətəndaşlara müraciət edib. Çıxışı əsnasında salonda olan qonaq dövlət başçıları və ölkə nümayəndələrini təqdim edən Maduro, Türkiyə prezidentinin köməkçisi Fuat Oktaya "salamünaleyküm" deyərək salamlayıb və Oktayın Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı təmsil etdiyini söyləyib.
Müxalifət.az