Maduro göstərişi verdi: Hazır olun!

Baxış sayı:
4555

 Venesuelanın prezidenti Nikolas Maduro kabinetindəki bütün şəxslərin vəzifələrindən istefa verməyə hazır olmalarını istəyib.
 
Tarixinin ən ciddi siyasi böhranını yaşayan Venesuelada ABŞ-ın dəstəklədiyi müxalifətin 2 aydan çox müddətdir ki, rahat nəfəs aldırmadığı prezident Maduro kabinetində köklü bir dəyişikliyə getməyə hazırlaşır.
Maduronun bütün nazirlərdən vəzifələrini buraxmağa hazır olmalarını istədiyi məlumatını prezidentin müavini Delcy Rodriguez bildirib.
Rodriguez sosial mediada paylaşdığı mesajda, "Prezident Maduro bütün kabinetə əsaslı yenidənqurmanın gərəyi olaraq vəzifələrindən istefa verməyə hazır olmalarını istədi" deyə qeyd edib.
Müxalifət.az