Maduro canlı yayımda prezidentlərə mesaj göndərdi

Baxış sayı:
10483

 Venesuelanın dövlət başçısı Nikolas Maduro İspaniya televiziyasına verdiyi müsahibədə, bir çox ölkə rəhbərliyinə canlı yayında mesaj göndərib.
 
Maduro Türkiyənin prezidenti Ərdoğana "Türkiyə ilə ittifaqımızı, İqtisadi, ticarət, maliyyə və texnoloji cəhətdən gücləndirməyə davam edəcəyik" deyib.
Argentinanın dövlət başçısı Mauriccio Macri-yə, "Macri konkilərini geyinsin, çünki bu il prezidentlikdən kənar qalacaq", Rusiya prezidenti Vladimir Putinə, "Hər zaman dediyim kimi, yoldaşlığı və dəstəyi üçün təşəkkürlər", Kanadanın baş naziri Justin Trudeauya," Güman edirəm ona heç bir şey deməyəcəyəm, çünki onun bir ölkəni həqiqətən idarə edib etmədiyini bilmirəm", Braziliya prezidenti Jair Bolsonaroya, "Sağlamlığı ilə məşğul olmalıdır. Olduqca pis görünür", Meksika prezidenti Luis Obradora, "Latın Amerikası ilə bağlı fikirlərinə qoşuluram", Fransanın baş naziri Emmanuel Makrona, "Sarı jiletlilərə qulaq assın", Almaniyanın baş naziri Angela Merkelə, "Bir çox avropalıya dediklərimi ona da təkrar edim. Digər Venesuelanı da görməyə çalış. Digər Venesuelanı da dinləməyə çalış. Həqiqi Venesuelanı. Yalnız bir hissəyə qulaq asmayın. Daha çox qulaq asın" mesajlarını verib.
Müxalifət.az