Maduro açıqladı: Pullar girov götürüldü

Baxış sayı:
1210

Venesuelanın dövlət başçısı Nicolas Maduro ölkəsinin dərman almaq üçün istifadə edəcəyi 5 milyard dollarının sanksiyalarla girov tutulduğunu söyləyib.
 
Venesuelada milli miqyasda dərman paylanması üçün Çinin dəstəyi ilə BARINAS, Lara, Aragua, Anzoatgui və Miranda əyalətlərində fəaliyyət göstərəcək Robotik Dərman Toplama Mərkəzləri xidmətə girib.
Paytaxt Karakasın da daxil olduğu Miranda əyalətinə bağlı Santa Teresa şəhərindəki mərkəzi ziyarət edərək xidmətə açan Maduro, burada etdiyi çıxışında, "Dərman almaq üçün istifadə ediləcək 5 milyard dollar girov alınıb. Hökumət bu an Venezuelalılara pulsuz tibbi xidmətlərinin qarşılanması və ABŞ prezidenti Donald Tramp rəhbərliyinin hücumlarının dəf edilməsi üçün böyük səy göstərir" deyə bildirib.
Açılan mərkəzlər sayəsində ölkə içində dərman paylanmasının təminata alınacağını söyləyən Maduro Dünya Sağlamlıq Təşkilatı vasitəçiliyi ilə dərman təmini üçün Çin, Rusiya, Hindistan, İran, Belarus və Türkiyə ilə iş birliyi içində olduqlarını dilə gətirib.
Maduro ABŞ-ın dəstəklədiyi Venesuela müxalifətinin 23 fevralda Kolumbiya üzərindən "humanitar yardım" konvoyunun ölkəyə gətirmə cəhdini də xatırladaraq belə deyib:
"Humanitar yardım mı? Nə insani, nə kömək. Bir xalqı boğmağa və utandırmağa çalışırlar, amma bizi nə utandıra, nə də boğa biləcəklər. İstər yağış yağsın, istər ildırım düşsün, bu hücumlarla Venesuela xalqının ehtiyacı olan dərmanları təmin edəcəyik. Dünya Sağlamlıq Təşkilatı ilə dərmanların təmini, istehsalı və paylanması üçün bir plan həyata keçirilir. Təminat verirəm ki, ABŞ-ın imperializmi Venesuela xalqının sağlamlığına zərər verə bilməyəcək.
Maduro həmçinin Venesuelanın başlıca idxal etdiyi məhsulların yerli istehsal vasitəsi ilə reallaşdırılması üçün lazımi protokolları hazırlaması üçün Elm Şuraya təlimat verdiyini qeyd edib.
Müxalifət.az