​“Madrid küçüyü” - Buffonun hakimə nə dediyi məlum olub

Baxış sayı:
3445

Ötən gecə futbol üzrə Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab görüşləri keçirilib.
 
Muxalifət.az virtualaz.org-a istinadən xəbər verir ki. dramatikliyinə görə “Real” (Madrid) – “Yuventus” oyunu xüsusilə seçilib.
Belə ki, öz meydançasında 0:3 hesabı ilə uduzmuş italiyalılar Madriddə eyni hesablı qələbəyə çox yaxın olublar. Lakin 93-cü dəqiqədə ingiltərəli hakim Maykl Oliver mübahisəli epizodda “Yuventus”un qapısına penalti təyin edib.
11 metrlik cərimə zərbəsinin olmadığını sübut etmək üçün İtaliya klubunun qapıçısı Canluici Buffon hakimlə üzün mübahisə edib və qırmızı kart alaraq meydançadan qovulub. Xatırladaq ki, Kriştianu Ronaldu penaltidən qol vuraraq, komandasını yarımfinala çıxarıb.
Bu gün Buffonun mübahisə zəminində hakimə nə deməsi və hansı səbəbə qırmızı kart alması məlum olub. Qərb mətbuatı yazır ki, təcrübəli qapıçı əsəblərinə hakim ola bilməyərək ingilis hakimə deyib: “Sənə nə qədər pul veriblər, Madrid küçüyü?”