Madam Ouens bu dəfə mafiya liderlərinin izinə düşdü - ZAMİRƏ HACIYEVADAN SONRA...

Baxış sayı:
8428

Britaniyanın Cinayətkarlıqla Mübarizə üzrə Milli Agentliyinin (NCA) rəhbəri bəyan edib ki, korrupsiyalaşmış oliqarxlarla mübarizə aparmaq üçün işlənib hazırlanmış qanunlar çərçivəsində quldur qruplaşmalarının bosslarının əmlakına, dəbdəbəli avtomobillərinə və digər aktivlərinə həbs qoyulacaq.

Muxalifet.az Virtualaz.org-a istinadən xəbər verir ki, NCA rəhbəri Linn Ouens bu haqda “The Telegraph” qəzetinə müsahibəsində bildirib.

Korrupsiyalaşmış oliqarxlara qarşı mübarizə aparmaq üçün işlənin hazırlanmış və mənbəyi şübhəli görünən gəlirlər hesabına Britaniyada əldə edilmiş aktivlərin müsadirəsinə imkan verən qanun ilk dəfə Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbərinin arvadı Zamirə Hacıyevaya qarşı tətbiq olunub. Londonun “Harrods” univermağında təkcə uşaq oyuncaqlarına 1 milyon funt sterlinqdən çox xərcləyən “bədxərc Zamirə”nin on milyonlarla dollarlıq aktivləri dondurulub.

Linn Ouens bildirib ki, onun rəhbərlik etdiyi agentliyin müstəntqləri artıq bir neçə qruplaşmaların liderlərini təqib edir. Onlar müstəntiqlərin “diqqət mərkəzindədir” və barələrində tezliklə qərar veriləcək. Qanqsterlər öz sərvətlərinin mənbəyini açıqlamalı, ya da həmin sərvətlər məhkəmə qərarı ilə həbs edilməlidir.

Həmin kriminal qruplaşmaların əsasən keçmiş sovet məkanından olan qanqsterlərdən formalaşdığı təxmin edilir.