​Macarıstanda dörd uşağı olan ailələr vergidən azad ediləcək

Baxış sayı:
6115

Hazırda Macarıstanda əhalinin sayı hər il 32 min nəfər azalır.
Macarıstanda dörd və daha çox uşağı olan ailələr gəlir vergisindən ömürlük azad ediləcəklər.
Bu barədə Macarıstanın baş naziri Viktor Orban bildirib. Baş nazir bu addımın ölkədə əhalinin sayını artırmağa xidmət etdiyini bildirib. Qeyd edib ki, Macarıstan hökuməti, bundan əlavə, çoxuşaqlı ailələrə bir çox güzəştlərin nəzərdə tutulduğu tədbirlər paketi də hazırlayıb.
Hazırda Macarıstanda əhalinin sayı hər il 32 min nəfər azalır./AZƏRTAC