​Maaşını ala bilməyən fəhlə intihara cəhd etdi – BAKIDA

Baxış sayı:
3088

Bakıda maaşını ala bilməyən fəhlə intihara əl atıb.
Muxalifet.az  xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb. Tikilməkdə olan binalardan birində fəhlə işləyən, Mingəçevir şəhər sakini, 1991-ci il təvəllüdlü Kamil Mehdiyev əmək haqqını ala bilməməsi səbəbindən çalışdığı binanın damına çıxaraq intihar etməyə cəhd göstərib.
Polis əməkdaşlarının səyi nəticəsində 27 yaşlı gənc fikrindən daşınıb.
Faktla bağlı araşdırma aparılır.