“M Trans” şirkətindən iiçndə pul olan seyf oğurlanıb

Bakıda şirkətdən külli miqdarda pul oğurlanıb.
 
Hadisə Binəqədi rayonu ərazisində baş verib.
Belə ki, "M Trans" şirkətinin Binəqədi rayonu ərazisində yerləşən ofisindən içərisində 10000 manat və 2000 dollar olan seyf oğurlanıb.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.