Lukaşenkonun Paşinyanı dürtmələməsi: Ermənistanın baş naziri "molodoy" yerinə qoyulur -VİDEO

Baxış sayı:
5320

Bu video dekabrın 6-da Sankt-Peterburq şəhərində MDB ölkələri rəhbərlərinin sammitində çəkilib. Videodan görünür ki, Belarus prezidenti Aleksandr Lukaşenko Ermənistanın baş naziri Nikol Paşinyana yaxınlaşır və ona dirsəyi ilə dürtmə vuraraq qulağına nəsə deyir. 

Bu hərəkət çoxlarına adi bir jest kimi görünə bilər. Ancaq son aylarda Ermənistan və belarus arasında yaşanan gərginlikdən hali olanlar bilirlər ki, "Batka"nın bu hərəkəti boşuna deyil və sırf Paşinyana yerini göstərmək mənası daşıyır.

Məsələ ondadır ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi postunun vaxtından əvvəl Ermənistandan alınıb Belarusa verilməsi təşəbbüsü ilə bağlı iki ölkə arasında söz atışması olmuşdu. Belarus tərəfi Ermənistanı acıqlandıran açıqlamalar vermişdi. Ermənilər də Belarusu sözlə incitməyə çalışmışdılar.

Lukaşenkonun Paşinyanı dürtmələməsi təxminən bu deməkdir: "O gün nə özünüzü yırtırdınız?"

Onu da deyək ki, Nikol Paşinyan MDB prezidentləri arasında "yeni" olduğundan "köhnələr", "dedovşina" rejiminin hökm sürdüyü hərbi hissələrdə olduğu kimi, onu "molodoy" yerinə qoyur, həmişə küncə itələyirlər.