​Lukaşenkonun eks-köməkçisinə 12 il həbs verildi

Baxış sayı:
8752

Belarus Ali Məhkəməsi prezident Aleksandr Lukaşenkonun keçmiş köməkçisi Sergey Rovneykonu rüşvət almaqda təqsirli bilərək, onu 12 il müddətinə azadlıqdan mərhum edib.
Məhkəmənin qərarına əsasən, sabiq köməkçi əmlakı müsadirə olunmaqla cəzasını ağır rejimli həbsxanada çəkəcək.
Qeyd edək ki, S.Rovneyko bu ilin may ayında 200 min dollar rüşvət aldığına görə saxlanılmışdı.