​Lukaşenkodan sərt açıqlama: "Rusiyanın vassalı deyilik"

Baxış sayı:
2029

Moskva Minskə münasibətdə varvarlıq nümayiş etdirir.
Muxalifet.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Qomselmaş ASC-ni ziyarəti zamanı deyib. Onun sözlərinə görə, Moskva Belarus üçün haqsız rəqabətin aparıldığı situasiya yaradır:
“Hazırda bizim üçün ağır zamanlardır. Ruslar bizə münasibətdə özlərini varvar kimi aparır. Bizdən elə şeylər istəyirlər ki, sanki onların vassalıyıq. Moskva Avrasiya İttifaqı çərçivəsində üzərinə götürdüyü öhdəlikləri icra etmir”.