Lukaşenkodan ŞOK İTTİHAM - Belarus dünyanın o başında…

Baxış sayı:
7165

Belarus qərb ölkələriylə əməkdaşlığı inkişaf etdirməyə məcburdur, çünki Rusiya iki ölkənin əməkdaşlığına məhdudiyyətləri tətbiq edir.
Publika.az BELTA agentliyinə istinadən xəbər verir ki, bu haqda Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.
“Qərblə bu əməkdaşlıq bu gün hansısa allergiyaya, bəzən bizim əsas partnyorumuz Rusiyada isterikaya səbəb olur. Soruşuram, niyə? Bizim məhsulumuzu bazara buraxmırlar, təzyiq göstərirlər”, - Aleksandr Lukaşenko Avropa təşkilatlarıyla əməkdaşlıq məsələləri üzrə müşavirədə çıxış edərkən hiddətlənib.
O vurğulayıb ki, əgər Rusiyayla normal iqtisadi münasibətlər olsaydı, azad ticarət etmək mümkün olsaydı, Belarus dünyanın o başında xoşbəxtliyi axtarmalı olmazdı.