LUKAŞENKODAN SENSASION BƏYANAT - "Dedim Serj, 5 rayonu Azərbaycana qaytar, dedi qaytarsam..."

Baxış sayı:
9292

Belarus prezidenti Aleksandr Lukaşenko bəyan edib ki, o Rusiya prezidenti Vladimir Putinlə birlikdə Ermənistana Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair təklif verib. Bu təklif Rusiya və Belarusun münaqişənin nizamlanmasında birgə iştirakını nəzərdə tuturdu. Virtualaz.org Belarus rəsmi KİV-lərinə istinadən xəbər verir ki, Lukaşenko bu barədə rusiyalı jurnalistlərlə görüşündə açıqlayıb.

Lukaşenkonun bildirdiyinə görə bu ideya hələ Yerevanda, KTMT-nin sammitlərindən birində müzakirə olunmuşdu. Və o vaxt Ermənistanda Serj Sərkisyan hakimiyyətdə idi.

Lukaşenko deyib ki, o Ermənistanı və Azərbaycanı kompromis həll variantına razılıq verərək Qarabağ problemini birlikdə həll etməyə çağırıb. Bu zaman Belarus və Rusiya konsolidə olunmuş mövqe nümayiş etdirib. O cümlədən zərurət yaranarsa müəyyən qarantiyaların təmin olunması üçün hərbi kontingentin yeridilməsi məsələsində.

Daha sonra Lukaşenko Sarkisyanla  həmin söhbətnin məzmununu açıqlayıb: “Açıq şəkildə dedim: Serj, beş rayonu geri qaytar. Qaytarmamaq üçün nə kimi səbəb ola bilər, axı onlar boş qalıblar. O isə dedi: əgər qaytarsam, onlar yolu kəsəcəklər, Qarabağı tutacaqlar və sair. Biz isə Putinlə açıq şəkildə söz verdik ki, belə olan halda biz öz qoşunlarımızı yeridər və buna imkan vermərik”. Sarkisyan isə dedi: yox, biz buna getməyəcəyik, bunu istəmirik”. 

Lukaşenko o zaman bunu təəccüblə qarşıladığını deyib: “Niyə görə istəmirlər? Beş rayon boşdur. Bu ilk addım olardı. O zaman Azərbaycan da, Ermənistan da KTMT və Avrasiya İqtisadi Birliyində olardı. Niyə imtina etdiniz? Axı Rusiya təminat verdi ki, əgər həmin rayonlar azad edilsələr orada heç vaxt müharibə olmayacaq. Hansı ki, özünüz də etiraf edirsiniz ki, onlar Azərbaycanındır”

Qeyd edək ki, KTMT-nin sammiti son dövrlərdə 2016-cı ildə Yerevanda keçirilib. Həmin vaxt Dağlıq Qarabağ münaqişəsi kəskinləşmişdi və aprel döyüşləri baş vermişdi.

Belarusun Rusiya ilə birlikdə Qarabağ münaqişəsinin həllində iştirakına dair ideya ilk dəfə səslənir. Amma qeyd etmək lazımdır ki, münaqişə bölgəsində KTMT sülhməramlılarının yerləşdirilməsi ideyası bu yaxınlarda gündəmə gəlmişdi. Hərçənd Minsk Qrupu həmsədrləri olan ölkələrin qoşunlarının sülhməramlılar qismində münaqişə bölgəsinə yeridilməyəcəyinə dair şifahi anlaşmanın mövcud olduğu əvvəllər dəfələrlə deyilib./ virtualaz.org