Lukaşenkodan idmançılara xəbərdarlıq - “UDUZSANIZ, ÖLKƏYƏ QAYITMAYIN!”

Baxış sayı:
409

Belarus Prezidenti Aleksandr Lukaşenko Milli Olimpiya Komitəsinin iclasında uğursuz çıxış edən idmançılar haqqında danışıb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə Prezidentin rəsmi saytı məlumat yayıb.

Lukaşenko bildirib ki, 2019-cu ildə belarus idmançıları dünya çempionatlarında Olimpiya proqramına aid olan növlər üzrə cəmi 8 medal qazanıblar. Baxmayaraq ki, idmançılar üçün hər cür şərait yaradılıb. Sonra o, idmançıların başqa nəyə ehtiyacı olduğu ilə maraqlanıb.

Bundan başqa, Lukaşenko idman sahəsində cavabdeh olan məmurlara gələn il Tokioda keçiriləcək Olimpiya oyunları ilə bağlı xəbərdarlıq edib: “Əgər siz ora turistlər kimi gedib, əliboş qayıdacaqsınızsa, yaxşısı budur qayıtmayın. Mən bunu sizə Prezident kimi deyirəm”.