​Lukaşenko yenə Putinə meydan oxudu: DÖZMƏYƏCƏYİK

Baxış sayı:
4348

Rusiyanın Belarusda süd məhsullarına qadağa qoymaq planları cavabsız qalmayacaq.
Muxalifət.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko söyləyib. O, Belarusun bu tip qadağalara dözməyəcəyini bildirib:
“Biz onlara südü özümüzün lazım bildiyimiz qiymətlə verəcəyik. Qoy onlar rusiyalılar üçün qiyməti artırsınlar. Biz buna dözməyəcəyik”.
Qeyd edək ki, Moskva Belarusdan süd məhsullarının idxalını qadağan edib.