Lukaşenko Ukrayna ilə Rusiyanı səhv saldı – Zelenski müdaxilə etdi - VİDEO

Baxış sayı:
7723

Ukrayna və Belarus prezidentlərinin iştirak etdiyi birgə forumda maraqlı hadisə yaşanıb. Muxaalifet.az Rusiya mətbuatına istinadla xəbər verir ki, Ukraynanın Jitomir şəhərində keçirilən forumda iki ölkənin regionlarının qarşılıqlı əlaqəsi və ticarət dövriyyəsinin artırılması ilə bağlı çıxış edən Aleksandr Lukaşenko səhvən Ukrayna əvəzinə “Rusiyanın regionları” ifadəsini işlədib. Ukrayna prezidenti Vladimir Zelenski Belarus prezidentinin səhvini anlasa da, bir qədər gözləyib. Lakin Lukaşenkonun öz səhvini düzəltmədiyini görən Zelenski Belarus prezidentinin nitqinə müdaxilə edərək, “Ukrayna, Aleksandr Qriqoryeviç” deyə bildirib. Bu zaman Lukaşenko Zelenskinin replikasına “Qorxdum ki, bəlkə Vladimir Vladimiroviç (Putin-red.) demişəm” deyə cavab verib. Zelenski isə “Şükür Allaha ki, yox” deyib. Zalda gülüş və alqış səsləri eşidiləndən sonra A.Lukaşenko səhvinə görə üzr istəyib. Belarus prezidenti çıxışında Ukrayna ilə Belarus arasında heç vaxt problem olmadığını qeyd edib və bildirib ki, onun ölkəsi hər zaman Kiyev üçün etibarlı tərəfdaş olaraq qalacaq.