Lukaşenko: Türkiyə ilə yeni sazişlər imzalandı

Baxış sayı:
6640

Yaxın vaxtlarda Türkiyə və Belarus arasında əmtəə dövriyyəsinin həcmi 1,5 milyard dollara çatdırılacaq.
Muxalifet.az xəbər verir ki, bu bəyanat Belarus Prezidenti Aleksandr Lukaşenkonun Ankaraya rəsmi səfəri çərçivəsində türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla keçirdiyi mətbuat konfransında səslənib.
Mətbuat konfransında qeyd olunub ki, tərəflər hərbi, siyasi, ticarət və mədəniyyət sahələrində bir çox birgə layihələr həyata keçirəcəklər. R.T. Ərdoğan belaruslu turistlərin Türkiyəyə axın etməsini məmnunluqla vurğulayıb və diqqətə çatdırıb ki, 2018-ci ildə onların sayı 245 min nəfərə çatıb.
Hər iki prezident əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə ediblər. Belarus Prezidenti bildirib ki, Türkiyə ilə sərmayələr, kimya sənayesi, kənd təsərrüfatı və toxuculuq sənayesi sahələrində əməkdaşlığın genişləndirilməsinə dair yeni sazişlər imzalanıb.