Lukaşenko ilə Putinin QAZ-69-la gəzintisi - VİDEO

Baxış sayı:
2086

Belarus prezidenti Aleksandr Lukaşenko və Rusiya dövlət başçısı Vladimir Putin iki ölkənin regionlarının forumunun Moqilevdəki plenar iclasından sonra bir neçə saatlarını qeyri-rəsmi görüşə ayırıblar.
Bu haqda Modern.az Belarus mətbuatına istinadən xəbər verir.
Lukaşenko rusiyalı həmkarına özünün kiçik vətəninin görməli yerini göstərib. Aleksandriyadakı şəhərcikdə Belarus prezidenti Vladimir Putini "QAZ-69" avtomobilində gəzdirib. Lukaşenko Putinə böyüyüb boya-başa çatdığı evi göstərib. Sonra prezidentlər kənddə gəziblər.
Lukaşenko Rusiya liderini təbii bulaq suyuna və milli içkiyə də qonaq edib.
Xatırladaq ki, ötən ay Bakıda Azərbaycan-Rusiya Regionlararası forumu keçirilib.