​Lukaşenko baş qaldırır: Rusiyaya bağlı qalmamalıyıq

Baxış sayı:
2299

Belarus yalnız Rusiya bazarına bağlı qalmamalıdır.
Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko söyləyib.
“Mən heç vaxt Rusiya bazarından getməyi planlaşdırmamışam. Lakin yalnız bu bazara bağlı qalmaq da gərək deyil. Bu bazarda mövcudluğumuzdan daha çox siyasi məqsədlər üçün istifadə edirlər”, – deyə o bildirib.
Qeyd edək ki, bundan öncə Rusiya Belarusdan süd məhsullarının idxalına qadağa qoyub. Bu isə Lukaşenkonun ardarda bir neçə bəyanat verməsinə səbəb olub./axar/