​“Lotu Quli”nin uşaqlıq fotosu yayıldı - FOTO

Baxış sayı:
13764

Azərbaycanlı “qanuni oğru” Nadir Səlifovun (“Quli”) uşaqlıq fotosu yayılıb. Fotodakı balaca Nadir təxminən 7-8 yaşlarındadır. Nadir Səlifovla bağlı başqa bir maraqlı məlumat onun soyadını dəyişdirməsi ilə bağlıdır. Bildirilir ki, hazırda Nadir Səlifov “İsmayılov” soyadı daşıyır. Məlumata görə, buna səbəb “qanuni oğru”nun İnterpol xətti ilə axtarışda olmasıdır. Hazırda Qətərdə olduğu bildirilən Nadir Səlifov Rusiya Federsasiyası tərəfindən axtarışa verilib. “Qanuni oğru” 2 il əvvəl hədə-qorxu yolu ilə pul tələb etmə və adam oğurluğunda ittiham edilirdi. Bu günlərdə isə Nadir Səlifova qarşı yeni maddə ilə ittiham irəli sürülüb. O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 210.1-ci (kriminal iyerarxiyada yüksək mövqe tutmaq) maddəsilə təqsirləndirlir.//“Yeni Sabah”