​Lotu Qulinin Türkiyəni seçmə SƏBƏBİ

Son vaxtlar gündəmin əsas mövzularından biri qanuni oğrularla bağlı yayılan xəbərlərdir. Burada sirli məqam ondan ibarətdir ki, qanuni oğruların, avtoritetlərin əksəriyyəti Türkiyəyə üz tuturlar. Rövşən Lənkəranskinin məhz İstanbulda güllələnməsindən sonra digər qanuni oğru Lotu Quli də bu şəhərə üz tutub. Bundan başqa, İstanbul polisi ötən gün kriminal aləmin daha bir üzvünü - iranlı “Xəyalət baron” Rza Lameni həbs edib.
Kriminal dünyanın üzvlərinin yaşamaq və fəaliyyət göstərmək üçün Türkiyəni seçməsi sual doğurur:
Məsələ ilə bağlı Axar.az-a danışan kriminalist Mahmud Hacıyev bildirib ki, qanuni oğrular coğrafi amilə görə bu ölkəyə üz tuturlar:
“Coğrafi baxımdan Azərbaycana yaxın ölkələr Türkiyə, Rusiya, Gürcüstan və Ermənistandır. Bu ölkələrə bir neçə saata çatmaq mümkündür. Kriminal avtoritetlər bu ölkələr ola-ola Kanadaya, Çinə, yaxud da Sinqapura gedəsi deyillər ki?! Ermənistan düşmən ölkə olduğuna görə ora gedə bilməzlər. Gürcüstan isə hazırda elə bir vəziyyətdədir ki, ölkə əhalisi turizmlə pul qazanıb özlərini güclə dolandırır. Kriminal avtoritetlər gedib orada nə işlə məşğul olsun? Axı onlar da istəyir ki, pul qazansın, varidat yığsın. Bundan əlavə qanuni oğruların Türkiyədə xeyli sayda dost-tanışı, biznes fəaliyyəti var”.