Lotu Qulinin tərəfdarına 2 il – HƏBS CƏZASI

Baxış sayı:
3463

Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinən Samir Kasımovun cinayət işi üzrə məhkəmə başa çatıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salamanovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Samir Kasımov 2 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Samir Kasımov narkotiklərlə bağlı paytaxtda keçirilən əməliyyat zamanı həbs edilib.
Samir Kazımov məhkəmədə verdiyi ifadəsində özünü təqsirli bilməyib. O, heç zaman narkotik maddələrdən istifadə etmədiyi və satışı ilə məşğul olmadığını söyləyib.
Qeyd edib ki, o, tanışının yas mərasimindən çıxan zaman polis tərəfindən saxlanılıb.
Samir Kasımov hazırda İstanbulda yaşayan azərbaycanlı qanuni oğru Lotu Quli ləqəbi ilə tanınan Nadir Səlifovun tərəfdarlarındadır.