“Lotu Quli”nin silahdaşı hədəfdə

Baxış sayı:
12217

Azərbaycanlı “qanuni oğru” Nadir Səlifovun (“Quli”) ən yaxın adamlarından olan qazax əsilli kriminal avtoritet Arman Cumagəldiyevə (“Arman Dikiy”) şir balası bağışlanıb. Muxalifet.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazıb. Bununla bağlı video da paylaşılıb. Lakin araşdırmalarımız zamanı məlum olub ki, həmin video 2015-ci ilə aiddir. Rusiya mediası həmçinin Arman Cumagəldiyevin dəbdəbəli həyatı barədə yazıb. İddia edilir ki, kriminal avtoritet zəngin həyat yaşayır. Hətta onun şəxsi yaxtaya sahib olduğu bildirilir. Arman Cumagəldiyev gürcü əsilli “qanuni oğru” Quram Çixladzeyə (“Kvejoeviç”) əl qaldırmaqla gündəmə gəlib. Hadisə Türkiyədə otellərin birində baş verib. Quram Çixladze Nadir Səlifovla görüşə gəlib. Fəqət, onunla bir qədər yuxarı tonda danışıb. Bundan qeyzlənən Arman Cumagəldiyev onu vurub. Sonradan ona məlum olub ki, Quram Çixladze “qanuni oğru” statusu daşıyır. Bu hadisə “oğru dünyası”nın iki cəbhəyə bölünməsinə olub. Badri Koquaşvili (“Badri Kutaisi”), Zaxari Kalaşov (“Şakro Molodoy”), Emzar Caparidze (“Kvatiya”) kimi “qanuni oğru”lar Quram Çixladzenin vurulmasına görə Nadir Səlifovun “qanuni oğru” statusundan məhrum edilməsini tələb etsələr də, nüfuzlu “qanuni oğru” Merab Canqveladze (“Merab Suxumski”), onun klanına daxil olan “kriminalitet”lər buna qarşıdır. Yeri gəlmişkən, bununla bağlı keçirilən “sxodka”dan Nadir Səlifova qarşı olanlar məğlub ayrılıblar. Lakin bu qarşıdurma hələ də davam etməkdədir. Ehtimal olunur ki, Rusiya mediasının vaxtaşırı Nadir Səlifov və Arman Cumagəldiyev haqqında dərc etdiyi neqativ materiallar da “oğru dünyası”ndakı bu qarşıdurmanın təzahürüdür.//“Yeni Sabah”