​Lotu Qulinin rəqibi HƏBS EDİLDİ

Baxış sayı:
6766

Rusiyanın Ximki şəhərində Omar Bekaev adlı kriminal avtoritet saxlanılıb.
Yeniçag.az xəbər verir ki, kriminal aləmdə Omar Ufimski” kimi məşhur olan qanuni oğrunun üzərində 4.76 qram heroin olub.
Məlumat üçün bildirək ki, Omar Ufimski kriminal dünyada köhnə oğruənənələrinin daşıyıcısı kimi tanınır.
Praym-Kraym portalının baş redaktoru Viktoriya Qefterin versiyasına görə, Omar Ufimski Rusiya mafiyasının kralı Ded Xasan ləqəbli kriminal avtoritet Aslan Usoyan öldürüləndən sonra onun yerinə gətirilə biləcək 3 əsas namizəddən biri idi.
Omar Ufimski Ukraynanın Odessa vilayətinə nəzarət uğrunda nüfuzlu kriminal avtoritet “Lotu Quli” ləqəbli Nadir Səlifova rəqib sayılır.