​"Lotu Quli"nin adından istifadə edən vəkil saxlanıldı

Baxış sayı:
3718

Ukraynanın Odessa vilayətində vəkil saxlanılıb.
Muxalifet.az yenicag.az-a istinadən xəbər verir ki, vəkil müştərisini azərbaycanlı "qanuni oğru", "Lotu Quli" ləqəbli Nadir Səlifovun adı ilə qorxuadaraq, ondan 40 min dollar alıb.
Bu barədə Odessa vilayəti üzrə baş polis idarəsinin rəisi Dmitri Qolovin məlumat verib. Vəkil pulu alarkən saxlanılıb.
Vəkilin kriminal aləmin üzvləri ilə əlaqəsinin olub-olmadığı barədə məlumat verilmir.