​"Lotu Quli"nin adamları belə həbs olundu - UKRAYNADA - FOTO

Baxış sayı:
2866

Ukrayna Milli Polis əməkdaşları Odessada özünü "qanuni oğru" Nadir Salifovun adamları kimi təqdim edən etnik cinayətkar qrupu zərərsizləşdiriblər.
Muxalifet.az unikal.org-a istinadən xəbər verir ki, Sadiq Mirzəyevin başçılıq etdiyi etnik cinayətkar dəstə saxlanılıb.
Ukrayna Milli Polisinin generalı Dmitri Qolovin bildirib ki, bu "Loti Quli"nin adamları kimi özlərini təqdim edən dəstə üzvlərinin ilk cinayəti deyil. Qrup üzvlərini növbəti qanun pozuntusundan sonra saxlamaq mümkün olub. Belə ki, cinayətkar qrupun üzvləri avtomobil qəzasına düşüb. Onlar yol-nəqliyyat hadisəsində iştirak edən Odessa şəhər ictimai təşkilatlardan birinin əməkdaşı olan şəxsi döyüblər. "Duma" nəşrinin məlumatına görə, istintaq-əməliyyat qrupu hadisənin günahkarlarını zərərsizləşdirərərk saxlayıblar. Onların üzərindən qeydiyyatdan keçməyən tapança aşkarlanıb və ekspertizaya göndərilib. Saxlanılan şəxslər əvvəllər rekertlik etməyə və başqa cinayətlərə görə axtarışda olublar.