​“Lotu Quli"nin adamının ŞOK AUDİOYAZISI ÜZƏ ÇIXDI: Gürcüstanda azərbaycanlı ailəni...

Baxış sayı:
2896

Gürcüstanın Rustavi şəhərində ölkənin Daxili İşlər Nazirliyinin əməkdaşları “oğru aləmi”nə üzvlükdə və pul qopartmaqda ittiham üzrə 38 yaşlı kişini saxlayıblar.
Muxalifet.az “newsgeorgia.ge” saytına istinadən xəbər verir ki, bu haqda idarənin saytında deyilir.
İstintaq müəyyən edib ki, 1980-ci il təvəllüdlü əvvəllər məhkum olunmuş A.Q. adlı azərbaycanlı Qardabani rayon sakininə hədə-qorxu gələrək ondan 3 min dollar məbləğində pul tələb edib. Azərbaycanlı məbləğin ödənilməyəcəyi halda, onun arvadı və uşağının öldürüləcəyini, həmçinin əmlakının məhv ediləcəyini bildirib.
Qeyd edilir ki, təhdidlər azərbaycanlı qanuni oğru Nadir Səlifovun ("Lotu Quli") adından səsləndirilmişdi.
Məlumata görə, müttəhim kişini qorxutmaq üçün onun evinə içində yandırıcı məhlul olan butulkanı adıb. Daxili İşlər Nazirliyindən bildiriblər ki, hadisə zamanı heç kim zərər çəkməyib.
Azərbaycanlını 7 ildən 10 ilə qədər həbs cəzası gözləyir.